Xəzər dənizində yerləşən Qarabağ neft yatağında quraşdırılması planlaşdırılan dayaq blokunun yatağa nəqli və quraşdırılması işləri çərçivəsində sifarişçinin adından yerli dövlət orqanlarının tələb etdiyi bütün icazə və lisenziyaların alınması, həmçinin sifarişçi tərəfindən icraçıya yönləndirilmiş bütün dövlət orqanlarının sorğularına cavab verilməsi həyata keçirilmişdir.
Dayaq blokunun nəqli və quraşdırılması müddətində aşağıdakı xidmətlər icra edilmişdir:
- Sifarişçinin adından yerli dövlət orqanlarının tələb etdiyi bütün icazə və lisenziyaların alınması və sifarişçiyə təqdim edilməsi.
- Sifarişçi tərəfindən icraçıya yönləndirilmiş bütün dövlət orqanlarının sorğularına sifarişçinin adından cavab verilməsi, müvafiq yazışmaların aparılması və sifarişçinin mütəmadi olaraq məlumatlandırılması.