QİBK Qoruyucu Futlyarının Çıxarılması Üzrə İşlər
“Körpü-Bina Tikinti” MMC şirkətinin sifarişi əsasında 2019-2020-ci illərdə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Ucar rayonu ərazisində ixrac boru kəmərləri ilə kəsişən “(R32) Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidənqurulması layihəsi” çərçivəsində yeni yolun BP şirkəti tərəfindən istismar olunan QİBK, BTC, CQ və CQG boru kəmərləri ilə kəsişməsi üzrə kompleks işlər həyata keçirilmişdir.
Bu çərçivədə layihənin idarə olunması tam şəkildə təmin edilmiş, layihələndirmə işləri icra olunmuş, BP şirkəti və digər qurumlardan müvafiq icazələrin alınması, tikinti, təchizat və təhvil prosesi ardıcıl olaraq reallaşdırılmışdır. Layihə çərçivəsində yeni yolun BP şirkəti tərəfindən istismar olunan boru kəmərləri ilə kəsişmə hissəsinin layihələndirilməsi aparılmış, eyni zamanda layihənin Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu və BP şirkəti tərəfindən təsdiq edilməsi təmin edilmişdir.
BP şirkətindən iş icazəsinin alınması məqsədilə bütün zəruri sənədlər, o cümlədən işin icra üsulu, əlavə cizgilər, risk qiymətləndirmə sənədləri və hər iş üçün ayrıca hazırlanmış icazə sənədləri tərtib edilmişdir. BP şirkətinin tələblərinə uyğun olaraq təxminən 700 m³ qazıntı işləri yerinə yetirilmiş, əks doldurma, dəmir-beton plitələrin düzülməsi, ərazinin hasarlanması və işlər başa çatdıqdan sonra hasarın sökülməsi həyata keçirilmişdir. Bununla yanaşı, ərazi BP şirkətinin tələblərinə uyğun şəkildə hazırlanmış və əlaqəli digər işlər icra edilmişdir.