EKS-M ŞİRKƏTİ

“EKS-M” Elm-İstehsalat mərkəzi 1994-cü ildə yaradılmışdır və Mülki mühəndislik, Neft-Qaz sənayesi mühəndisliyi ilə baglı fəaliyyət göstərməkdədir.

Fəaliyyəti müddətində mərkəz 200-dən artıq elmi tədqiqat və layihə işlərini yerinə yetirmişdirş. Fəaliyyəttdə olduğumuz illər ərzində Azərbaycan Neft Sənayesi ilə bağlı coxsaylı mühim mühəndislik və tədqiqat işləri həyata kecirilmişdır. 2005-2007 ci illərdə Duvannı ərzisində uzunluğu 15 km olan yüksək təzyiqli boru kəmərinin tikintisi, sınağı, boru kəmərinin qaz quyularına qoşulması, Mərkəzi Emal məntəqəsində tikini quraşdırma işləri uğurla başa catdırılmışdır. “EKS-M” EIM yüksək elmi-texniki potensialı və təcrübəsi ilə bərabər – texniki ədəbiyyat, normativ sənədlər fondu və yüksək ixtisaslı kadr potensialına malikdir. Ehtiyac yaranarsa müvafiq sahələr üzrə yerli və xarici mütəxəsislərin müqavilə üzrə layihələrə ekspert, məsləhətci, icracı mühəndis kimi cəlb olunması təmin edilir. Mərkəzin əsas fəaliyyət istiqamətləri:

• Texniki iqtisadi əsaslandırmanın tərtibi
• Dənizdə və quruda karbphidrogen məhsulunun yığılması, hazırlanması, nəqli və emalı (texnoloji qurğuların, kompressor – nasos stansiyaları, boru kəmərləri və sairə) üzrə elmi tedqiqat, konstruktor və layihə işlərinin yerinə yetirilməsi
• Sənaye müəsisələrini və mülki tikinti üzrə layihələrin işlənməsi
• Mühəndisi axtarış işləri
• Smeta sənədlərinin tərtibi
• Layihələrin həyata kecirilməsinə müəllif nəzarəti
• Mühəndislik sahəsində ekspert və məsləhətci xidmətləri Fəaliyyətdə olduğumuz illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəsisələri ilə, xarici neft şirkətləri və müştərək (birgə) müəsisələrlə işgüzar münasibətlər yaradılmış və onların sifarişlərini yerinə yetirilmişdir. Bu müəsisələrdən “AZPETROL” Şirkətini, “Heydər Əliyev adına Neft Emalı zavodu” “Azərbaycan Qaz Emalı Səhmdar Cəmiyyəti” “Flour Daniel” (ABŞ), “Fina Oil&Gas” (Belcika) “Whitehall International Traders” (Böyük Britaniya) “Lukoil” ABƏŞ, Gobustan Əməliyyat Şirkəti, “Salyab Oil”, “AZFEN”, müştərək müəsisələrini qeyd etmək olar. Azərbaycan Respublikasında 20 ilə yaxin bir müddətdə Neft-Qaz Sənayesinə mühəndislik xidməti göstərən bir müəsisə kimi Sifariş edilən layihələrin qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilməsinə zəmanət veririk.

XİDMƏTLƏRİMİZLƏ TANIŞ OLUN

SİFARİŞÇİLƏR

Müəsisə fəaliyyətdə olduğu müddətdə 30 dan artıq Neft şirkətlərinin, birgə müəsisələrin, əməliyyat şirkətlərinin, istehsal müəsisələrinin sifarişləri əsasında mühəndislik layihələri yerinə yetirmişdir.

SİFARİŞÇİLƏRİMİZİN TAM LİSTİ